Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“ABB-Qarabağ” kobrend kartı buraxılır! - BBN

“ABB-Qarabağ” kobrend kartı buraxılır!

ABB ilə “Qarabağ” Futbol Klubu arasında memorandum imzalanıb. Bu anlaşma “ABB-Qarabağ” kobrend kartının yaradılmasını nəzərdə tutur.

İmzalanma tədbirində sənədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov və “Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel imza atıb. Tədbirdə “ABB-Qarabağ” kobrend kartının dizaynı da nümayiş etdirilib.

Kart yaxın aylarda premium və standart növdə bazara təqdim olunacaq, müştərilər üçün bir sıra üstünlüklər yaradacaq. Belə ki, kart sahibləri kobrend kartlarla bağlı qabaqcıl beynəlxalq təcrübəyə uyğun olaraq oyunçularla görüşlər, komandanın oyunlarını stadionun xüsusi zonasında izləmək imkanı, ödənişlər zamanı əlavə keşbeklər, müxtəlif ticarət və xidmət məkanlarında xüsusi endirimlər və s. bu kimi imtiyazlar qazanacaqlar.

ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov “ABB-Qarabağ” kobrend kartının “Qarabağ” azarkeşlərində doğma komanda ilə bağlılığı daha da artıracağını bildirib: “Bu kartla hər əməliyyat insanlarımıza “Qarabağ” coşğusunu yaşadacaq. Onların gündəlik həyatına xoş bir dəyər qatacaq. Bu kart ABB-nin öz müştəriləri ilə, Qarabağ Futbol Klubunun isə öz azarkeşləri ilə kommunikasiya mədəniyyətində də yeni bir səhifə açacaq.

“Qarabağ” Futbol Klubunun prezidenti Tahir Gözel qeyd edib: “ABB ilə tərəfdaşlığımız bu ilin yay aylarından başlanıb və qısa müddət ərzində real məzmun qazanıb. “ABB–Qarabağ” kobrend kartı azarkeşlərimiz üçün gündəlik həyatda istifadə olunan, eyni zamanda kluba bağlılıq hissini gücləndirən praktik bir alət olacaq”.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.

Related posts

“S&P” Azərbaycanın bank sektoru üzrə sahəvi risk reytinqini yüksəldib

S&P Azərbaycanın bank sektoru üzrə BICRA reytinqini yüksəldib

Birbank-ın Yeni il lotereyasında mənzilin sahibi bəlli oldu

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı