Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABB Şəki filialını da yenilədi - BBN

ABB Şəki filialını da yenilədi

Maliyyə xidmətlərinin müştərilər üçün daha da rahat və əlçatan olması məqsədilə ABB filiallarını yeniləyir, xidmət şəbəkəsini ardıcıl şəkildə inkişaf etdirir. Filialların transformasiyası layihəsinə əsasən, ABB-nin Şəki filialı da Bankın müasir konseptinə uyğun qurulub. Yenilənmiş filial Şəki şəhəri, Heydər Əliyev prospekti – 61A ünvanında xidmət göstərir.

Fərdi və korporativ müştərilər ən yüksək şəraitə malik Şəki filialında kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli məhsul və xidmətlərdən faydalana bilərlər.

ABB-nin İdarə Heyəti sədrinin birinci müavini İlham Həbibullayev filialların transformasiyası layihəsinin uğurla davam etdirildiyini bildirib: “Filialların transformasiyası prosesi yalnız xarici görkəmin yenilənməsi və müştərilərə xidmət şəraitinin yaxşılaşdırılmasını deyil, həm də göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsini əhatə edir. Bank alternativ xidmət imkanları yaratmaqla və biznes proseslərini təkmilləşdirməklə müştəri müraciətlərinin icrasının sürətləndirilməsi istiqamətində ardıcıl iş aparır. Əminik ki, yenilənmiş Şəki filialımız müştərilərə xidmət standartlarını daha da yüksəldəcək, regionun inkişafına öz töhfəsini verəcək və bütün müştərilərimizə dəstək olacaq.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/  rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Related posts

Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi

PAŞA Bank kredit portfelini 5-10 faiz artırmağı planlaşdırır

PAŞA Bank IPO üzrə təqdimat tədbiri keçirib

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı