“Hər bir vətəndaşımız artıq ABB-də pay sahibi ola bilər. Bu gündən ABB-nin səhmlərinə abunə yazılışı başlandı!”.
BBN.az xəbər verir ki, bu sözləri ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov özünün LinkedIn platformasında yazıb.
“Tarixi yeniliyi “Mərkəzdən hər kəsə!” sloqanı ilə elan etdik. Bizim üçün mühüm mənəvi dəyərə malik bir məkandan – ilk baş ofisimiz olan, hazırda isə Mərkəzi filialımız kimi fəaliyyət göstərən tarixi bank binasından. Abunə yazılışı 3 ay davam edəcək. Bankımızın səhmlərini ABB mobile tətbiqindən, bütün filiallarımızdan, həmçinin, ölkəmizdəki investisiya şirkətləri vasitəsilə sifariş vermək olar.
Ölkəmiz, vətəndaşlarımız üçün xeyirli-uğurlu olsun!”,- deyə o, əlavə edib.