ABŞ ərazisində neft hasilatı azaldılır

“Wall Street Journal” tərəfindən yayılan məlumata istinadən, ABŞ mərkəzli “Texland Petroleum LP” neft şirkəti xam neftə olan tələbatda kəskin geriləmə baş verməsi səbəbindən bütün buruqlarda neft hasilatını dayandırır.

Şirkətin prezidenti Jim Wilkes açıqlamasında bildirib ki, Şirkət  Vaşinqtona 73 əməkdaşa əməkhaqqının təmin edilməsi üçün kredit ayrılması ilə bağlı müraciət edib.

Əlavə olaraq, aprel və may aylarında digər bir ABŞ şirkəti “Continental Resources” neft hasilatını 30% azaldacaq.

Qəzetin məlumatına görə, “Parsley Energy” şirkəti də 150 buruqda işlərini dayandırıb. Səbəb kimi, isə buruqların gəlirliliyinin kəskin azalması göstərilib.

Mart ayında nəhəng “Exxon Mobil” və “Royal Dutch Shell” neft hasilatçıları xərclərini təxmini 50 milyard dollar həcmində azaltdıqlarını bildiriblər.

Bir müddət əvvəl isə, “Radio Sputnik” Səudiyyə Ərəbistanının ABŞ ərazisində şist istehsalının həcmini tənzimləyəcəyini açıqladığını bildirib.

Related posts

ABŞ-nin Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə bağlı – Qərarı

OpenAI yeni “İdarə heyəti” yaradıb

Elon Musk Supercharger adlı şarj stansiyası şəbəkəsini genişləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı