ABŞ Avropa İttifaqı məhsulların idxalına əlavə vergilər tətbiq edib

ABŞ və Avropa İttifaqı arasında 15 ildən çoxdur davam edən tarif müharibəsində ABŞ tərəfindən növbəti bir addım atılıb. Belə ki, ABŞ rəsmilərinin açıqlamasına görə, Aİ ölkələrindən idxal ediləcək təyyarə idxalına 10%, kənd təsərrüfatı məhsullarına isə 25%-lik əlavə vergi tətbiq olunub. Bu qərar ümumilikdə ən çox Almaniya, İspaniya, Fransa və Birləşmiş Krallığın ixracatına təsir göstərəcək. Eyni zamanda, bu addım illərdir davam edən“Airbus” və “Boeing” şirkətləri arasındakı rəqabətə xələl gətirəcək.

Brüsseldən bu məsələyə cavab olaraq ABŞ idxalı məhsullara oxşar tariflərin tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq edilib. Hal-hazırda Avropa Komissiyası tərəfindən Ümumdünya Ticarət Təşkilatına (WTO) göndərilən 20 milyard dollar həcmində ABŞ idxalı məhsullar üçün nəzərdə tutulan tariflər paketinin sözügedən qurum tərəfindən təsdiqi gözlənilir.

Qeyd edək ki, Aİ və ABŞ arasında 2004-cü ildən bəri mövcud olan bu tendensiyanın əsas səbəbi kimi “Airbus” və “Boeing” aviasiya şirkətlərinin müvafiq olaraq Aİ və ABŞ tərəfindən qeyri-qanuni subsidiyalaşdırılması göstərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır