ABŞ fond bazarlarında fyuçerslər aşağı istiqamətdə hərəkət edib. Ticarət həcmlərinin aşağı olması (bazar ertəsi tətil səbəbilə) və texnologiya sektoruna dair ehtiyatlı mövqe indekslərə təzyiq göstərib. Belə ki, Nasdaq 100 fyuçersləri 0.8% azalaraq 24 604 bəndə düşüb. S&P 500 fyuçersləri 0.5% geriləyərək 6 820 bənd olub. Dow Jones fyuçersləri isə 0.3% azalaraq 49 417 bənd səviyyəsində qərarlaşıb. Texnologiya səhmlərində davam edən satışlar və süni intellekt sahəsində dəyişikliklərlə bağlı narahatlıqlar investorların risk iştahını zəiflədib.
Bazarın diqqəti FED-dədir
Bu həftə əsas diqqət iqtisadi göstəricilərə və Federal Reserve-in yanvar iclas protokollarına yönəlib. FED ötən iclasında faiz dərəcələrini sabit saxlamışdı. Çərşənbə günü açıqlanacaq protokollar mərkəzi bankın növbəti addımları ilə bağlı daha aydın siqnallar verə bilər.
Həmçinin bu həftə:
Sənaye istehsalı və davamlı mallar sifarişləri
Dekabr ayı üzrə ticarət göstəriciləri
Cümə günü isə PCE inflyasiya indeksi açıqlanacaq
Qeyd edək ki, PCE göstəricisi FED-in əsas inflyasiya meyarı hesab olunur.
Ötən həftənin yekunu
İnflyasiyada müəyyən yumşalma qeydə alınsa da, texnologiya sektorundakı geriləmə bazarların yüksəlişini məhdudlaşdırıb.
Ötən həftə ərzində:
S&P 500 1.4% azalıb
NASDAQ Composite 2.1% geriləyib
Dow Jones Industrial Average isə 1.2% itirib
Hazırda investorlar faiz siyasəti və inflyasiya göstəricilərinə dair daha dəqiq siqnallar gözləyir. Bazarın növbəti istiqaməti bu həftə açıqlanacaq məlumatlardan asılı olacaq