ABŞ-da 20 milyon nəfər iş yerini itirib

ABŞ-ın əmək bazarının araşdırmasını həyata keçirən “Automatic Data Processing” (ADP) şirkəti Əmək Statistikası Bürosunu (BLS) qabaqlayaraq aprel ayı üçün əmək  bazarı göstəricilərini özündə cəmləşdirən hesabatı yayıb. Hesabatda, tarixi rekord sayda, 20 milyon 236 min nəfərin koronavirus pandemiyası səbəbindən işini itirdiyi qeyd olunub. Müqayisə üçün qeyd edək ki, bundan əvvəlki rekord 2009-cu il resessiyası dövründə 834 min 665 nəfərin iş yerini itirməsi idi. Bununla belə, sözügedən göstəricinin proqnozlarla müqayisədə pozitiv olduğu nəzərə çarpır. Belə ki, ekspertlərin hesablamaları nəticəsində, aprel ayında 22 milyondan artıq iş yerinin itirilməsi ehtimal edilirdi.

Xidmət və turizm sektoru səyahətlərin kəskin azalması səbəbindən ən böyük zərbəyə məruz qalıb. Sözügedən sektorda ümumilikdə 8.6 milyon iş yeri azalıb. Ticarət və nəqliyyat sektorunda sözügedən göstərici 3.44 milyonluq, tikinti sektorunda isə 2.48 milyonluq geriləməyə məruz qalıb. İstehsal sahəsində isə 1.67 milyon nəfər iş yerini itirib. İş yerinin sayında artım (28 min) müşahidə olunan yeganə sektor isə təhsil sektoru olub.

500 nəfərdən çox işçiyə sahib olan korporasiyaların işçi heyətində 9 milyonluq, kiçik və orta biznes müəssisələrində isə 11.2 milyonluq azalma müşahidə olunub.

Qeyd edək ki, ölkənin rəsmi dövlət qurumu olan Əmək Statistika Bürosu aprel ayına olan işsizlik göstəricilərini cümə günü açıqlayacaq.

Related posts

ABŞ-nin Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə bağlı – Qərarı

OpenAI yeni “İdarə heyəti” yaradıb

Elon Musk Supercharger adlı şarj stansiyası şəbəkəsini genişləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı