ABŞ-da bank uğursuzluğundan sonra Avstraliyada səhm qiymətləri son 10 həftənin ən aşağı səviyyəsinə enib

ABŞ-da “Silicon Valley Bank” (SVB) və “Signature Bank”ın iflas xəbərindən sonra qlobal bank sektorunun taleyi ilə bağlı narahatlıq artıb.

BBN.az Avstraliyanın 7News TV kanalına istinadən xəbər verir ki, ABŞ-da baş verən bu hadisələrdən sonra ölkənin səhm bazarında qiymətlər 1.46% enib və bu isə son 10 həftənin ən aşağı səviyyəsidir.

Qeyd edək ki, Avstraliyanın Maliyyə naziri isə açıqlamasında bildirib ki, sektor güclü, stabil, qazanclı qalmağa davam etməkdədir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır