ABŞ-da benzinin qiyməti 4 dollardan aşağı enib və neftin qiyməti ilə bağlı proqnoz

Ötən həftə ABŞ-da benzinin qiyməti 1 qallona görə orta hesabla 3.90 dollara düşüb.

BBN.az Markets Insider-ə istinadən xəbər verir ki, bu haqda Amerika Avtomobil Assosiasiyasının (AAA) məlumatında bildirilib.

“Bank of America”dan isə xəbərdarlıq edirlər ki, ABŞ-da benzinin qiymətləri bu ilin sonunda qlobal təchizatın azalması və tələbin dayanıqlığı fonunda yenidən artacaq.

2022-ci ilin iyulunda ABŞ-da benzinin qiyməti 1 qallona görə orta hesabla ən yüksək – 5 dollar həddini görmüşdü, ötən həftələrdən etibarən isə qiymətlərdə enmə müşahidə edilir. 

ABŞ-da benzinin qiymətlərinin enməsini Mərkəzi Bank tərəfindən yaxından izləyirlər, çünki cari ildə ardıcıl olaraq faiz dərəcələrinin artırılması məhz inflyasiyanın aşağı salınmasına hesablanmışdı.

“Bank of America”nın proqnozlarına, əsasən Brent xam neftinin qiyməti cari ilin 4-cü rübünün başlamasından 2.7% artaraq 1 barelə görə 100 dollara ticarət ediləcək. Həmçinin bankın WTI xam nefti ilə bağlı proqnozu budur ki, 4% artaraq 1 barelə görə 95 dollara çatacaq. 

Neft bazarında isə qiymətlər ötən günlərdən başlayaraq tədricən artmağa başlayıb, belə ki, Brent neftinin qiyməti cümə axşamı 4.8%, eyni dövrdə WTI nefti də 5.3% yüksəlib.   

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı