ABŞ-da illik ən böyük tədbir “Super Bowl” başlayıb – Biletin qiyməti 4.000 dollardan bahadır

ABŞ-da illik olaraq təşkil edilən 57-ci Super Bowl (Milli Futbol Liqası Çempionluğu) fevralın 12-dən başlayıb. Ancaq görünən odur ki, bu yarışda azarkeş kimi iştirak etmək elə də ucuz deyil, orta biletin qiyməti isə 5.000 dollardan aşağıdır. Belə ki, ikinci bilet bazarında ən yaxşı halda biletin orta qiyməti 4.000 dollardan yuxarıdır. SeatGeek-ə görə qiymət aralığı 4.886-101.000, TickPick-ə görə isə ortalama 5.425 – 124.146 dollardır. Lakin hər şey burada bitmir.

BBN.az Amerikanın NBC kanalına istinadən xəbər verir ki, burada satılacaq bir şüşə suyun qiyməti nə az, nə çox düz 6.50, fıstıq 7, desertlər 9.50, dilimlənmiş meyvələr 10, kokteyl və pivələrin qiyməti isə 8-22.50 dollar arasındadır. 

Qeyd edək ki, fevralın 12-də “Super Bowl” yarı vaxt şousu – amerikalı müğənni Rihannanın performansı ilə başlayıb.

Related posts

ABŞ-nin Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə bağlı – Qərarı

OpenAI yeni “İdarə heyəti” yaradıb

Elon Musk Supercharger adlı şarj stansiyası şəbəkəsini genişləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı