ABŞ-da inflyasiya enib, amma yenə də son 40 ilin ən yüksək səviyyəsindədir

İnflyasiya ötən ayla müqayisədə cüzi şəkildə azalıb, lakin yenə də son 40 ilin ən yüksək səviyyəsindədir. 

BBN.az ABC News TV proqramına istinadən xəbər verir ki, oktyabrda ABŞ-da illik inflyasiya sentyabrdakı 8.2%-dən 7.7%-ə enib.

İnflyasiya ilə bağlı son rəqəmlər göstərib ki, ABŞ Mərkəzi Bankının (FED) aqressiv faiz artımı qərarları işə yarayır. Lakin ekspertlər bildirirlər ki, FED-in 2%-lik inflyasiya hədəfinə çatmaq ilə bağlı gözləntisi göstərir ki, rəsmi qurumun növbəti ildə faiz artımı qərarları olacaq. Ekspertlər əlavə edirlər ki, Amerikalılar növbəti faiz artımı qərarlarına hazır olmalıdırlar. 

Qeyd edək ki, dekabrda ABŞ Mərkəzi Bankının faiz qərarı ilə bağlı daha bir iclası gözlənilir. 

Related posts

Qeyri-neft sektorundan vergi daxilolmaları 13% artıb

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində 2024-cü ilin birinci yarısının yekunlarına həsr olunmuş müşavirə keçirilmişdir

DOST RİM Böyük Britaniyada yerləşən “Corporate Vision” təşkilatının keçirdiyi müsabiqədə mükafata layiq görülüb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı