ABŞ-da Mərkəzi Bankın (FED) qərarından sonra ipoteka faiz dərəcələrinin sıçrayışı, həm mənzil alıcıları, həm də satıcılara böyük təsir edib.
BBN.az NBC News TV proqramına istinadən xəbər verir ki, bu haqda mənzil bazarından məlumat verilib.
Belə ki, hazırda bu ölkədə mənzil almaq daha bahalıdır. Faiz dərəcələri 7% yüksəlib bu isə son 20 ildə ən yüksək rəqəm hesab edilir.
Ekspertlər isə bildirirlər ki, tələbin azalmasına baxmayaraq təchizatın çoxluğundan dolayı qiymətlər yüksək olaraq qalır.