ABŞ-da işsizlik səviyyəsi artıb

Rəsmi mənbələrin açıqlamasına əsasən, ABŞ-da sentyabr ayında 156000 yeni iş yeri açılıb. BBC News-un məlumatına əsasən, bu göstərici gözləntilərə cavab verməyb. Avqust ayı üzrə bu göstərici  167 000 idi ki, 2016-cı il üzrə  orta illik göstərici olan 180 000-dən və 2015-ci il üzrə aylıq 229000-dən azdır.

Eyni zamanda işsizlik səviyyəsinin 4,9%-dən 5%-ə qədər artdığı qeyd olunub. Bunun səbəbi daha çox insanın iş axtarmasilə bağlıdır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır