Home » ABŞ Federal Rezervi Wall Street-ə böyük məbləğdə pul qoyur

ABŞ Federal Rezervi Wall Street-ə böyük məbləğdə pul qoyur

by yunus
0 comments 0 views 1 minutes read

ABŞ Federal Rezervi son günlər ABŞ banklarına gündəlik onlarla milyard dollar həcmində likvidlik təmin edir. Bu, maliyyə sistemində yaranan gərginliyin qarşısını almaq məqsədilə edilir.

BBN.az xəbər verir ki, 31 oktyabrda Rezerv 50,35 milyard dolları repo əməliyyatları vasitəsilə maliyyə institutlarına verib.

Repo əməliyyatı sadə desək, bankların mərkəzi banka girov müqabilində qısa müddətli kredit almasıdır.

Ekspertlər bildirir ki, bu addım qısa müddətli kredit çatışmazlığı əlamətləri kimi qiymətləndirilir. Belə vəziyyətlər keçmişdə 2008-ci il qlobal maliyyə böhranına səbəb olmuşdu.

Bazarlardakı gərginliyin səbəbi Federal Rezervin pul kütləsini azaltmaq üçün apardığı kvant sıxlaşdırma və ABŞ hökumətinin dövlət istiqrazlarını satmasıdır.

Sentyabr-oktyabr aylarında repo faizləri və maliyyə bazarlarında qeyri-sabitlik artıb.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, likvidlik daralması davam edərsə, böyük maliyyə institutları əlavə risk altında qala bilər.

ABŞ Federal Rezervi kvant sıxlaşdırmanı 1 dekabrdan dayandıracağını elan edib, bu isə bazarlara əlavə təzyiqin azalacağı gözləntilərinə səbəb olur.

Analitiklər bildirir ki, Wall Street-in pul çatışmazlığı təkcə aysonu hadisəsi deyil və bazarda qismən stressin mövcudluğunu göstərir

You may also like

Leave a Comment

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.