ABŞ-da 43 gün davam edən və ölkə tarixinin ən uzun hökumət bağlanması başa çatıb. Şənbə günündən etibarən federal qurumlar fəaliyyətini bərpa edir, lakin böhranı yaradan siyasi gərginlik hələ də həll olunmayıb.
Shutdown-un təsirləri
43 günlük bağlanma ərzində hava nəqliyyatı ciddi pozulub, minlərlə reys ləğv edilib.
Aşağıgəlirli ailələr üçün ərzaq yardımı azaltdı.
1,4 milyon federal işçi bir aydan artıq maaşsız çalışdı.
Təxminən 50 milyard dollarlıq hökumət xərcləməsi gecikdi, iqtisadiyyata mənfi təsir göstərdi.
Siyasi durum
Hökumətin açılması üçün qəbul edilən maliyyələşdirmə paketi:
Prezident Donald Trampın xərcləmələri dayandırmaq səlahiyyətinə geniş məhdudiyyət qoymur.
Demokratları shutdown-a aparan sağlamlıq sığortası subsidiyaları məsələsini də həll etmir.
Demokrat Partiyası daxilində də parçalanma dərinləşib:
Liberal qanad Trampı məhdudlaşdırmaq üçün daha sərt addımlar tələb edir.
Mötədil demokratlara görə isə, respublikaçılar hər iki palatada çoxluğa sahib olduğu müddətcə imkanlar məhduddur.
Senat lideri Çak Şumerə istefa çağırışları var, baxmayaraq ki, o, razılaşmanın əleyhinə səs verib.
Federal işçilər işinə qayıdır
Federal işçilərə gecikmiş maaşların ödənməsi şənbədən başlayacaq.
Tramp hökuməti shutdown dövründə minlərlə işçini işdən çıxarmışdı, lakin yeni razılaşma onların yenidən işə qaytarılmasını təmin edir.
Trampın dövlət aparatı üzrə ixtisar planı yanvarın sonuna qədər dayandırılır. Buna baxmayaraq, ilin sonuna qədər 300 min işçinin ixtisarı hədəf olaraq qalır.
Hava nəqliyyatı normallaşır
Hava hərəkətinə nəzarətçilərin kütləvi işə çıxmaması nəticəsində minlərlə uçuş ləğv edilmişdi, sistem tədricən bərpa edilir.
DHS əlavə növbələrdə çalışan hava limanı təhlükəsizlik işçilərinə 10 min dollarlıq bonus veriləcəyini açıqlayıb.