ABŞ iki erməni şirkətinə sanksiya tətbiq edib

“JAMnews” xəbər portalının yayınladığı məlumata istinadən, ABŞ Dövlət Ticarət Departamenti İrəvan Telekommunikasiya Elmi-Tədqiqat İnstitutu (YETRI) və “Markel” şirkətinə sanksiya tətbiq edib. İnstitut radiotexnika avadanlıqlarının konstruksiyalaşdırılması və istehsalı ilə məşğul olur. Sanksiya qüvvəyə mindiyi andan etibarən bu qurumlar ABŞ-dan məhsul idxal edə bilməyəcəklər.

Agentlikdən yayılan məlumata görə, sözügedən qurumların prezidenti İranın sanksiya qoyulan şirkətləri ilə biznes danışıqları aparıb və onlara BIS lisenziyası olmadan məhsul ixrac edib.

Şirkət rəhbərliyi isə mətbuata verdiyi açıqlamada deyilənləri təkzib edib və İrana ixrac edilən hər bir məhsula nəzarət etdiklərini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır