ABŞ-ın ən dəyərli şirkətləri hansılardır?

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə Amerika Birləşmiş Ştatları (ABŞ) şirkətlərinin dəyərinə görə sıralamasını əks etdirən “UK 500” hesabatını dərc edib.

Hesabata istinadən, Birləşmiş Ştatların ən bahalı şirkəti Seattle mərkəzli “Amazon” olub. Belə ki, şirkətin brend dəyəri ötən ilə nisbətən 24.6% artaraq, 187.9 milyard dollar olub.

“Apple” şirkəti 5% bahalaşaraq, 153.6 milyard dollar ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “Google” brendinin ümumi dəyəri isə 18.1% artaraq 142.75 milyard dollar olub.

Sıralamada dördüncü və beşinci yerlərlərə isə müvafiq olaraq, “Microsoft” (119.6 milyard $) və “AT&T” (87 milyard $) şirkətləri layiq görülüb.

2018-2019 illəri aralığında ən çox dəyər qazanan amerikan şirkəti isə “Netflix” olub. Belə ki, şirkət bu dövr ərzində 105% dəyər qazanaraq siyahıda 40-cı yerə yüksələ bilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır