Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ-ın ən dəyərli şirkətləri hansılardır?

ABŞ-ın ən dəyərli şirkətləri hansılardır?

İngiltərə mərkəzli beynəlxalq strateji konsaltinq şirkəti “Brand Finance” özündə Amerika Birləşmiş Ştatları (ABŞ) şirkətlərinin dəyərinə görə sıralamasını əks etdirən “US 500” hesabatını dərc edib.

Hesabata istinadən, Birləşmiş Ştatların ən bahalı şirkəti Kaliforniya mərkəzli “Apple” olub. Belə ki, şirkətin brend dəyəri ötən ilə nisbətən 35% artaraq, 355.1 milyard dollar olub.

“Amazon” şirkəti 38% bahalaşaraq, 350.3 milyard dollar ilə ikinci yerdə qərarlaşıb. Üçüncü olan “Google” brendinin ümumi dəyəri isə 38.1% artaraq 263.4 milyard dollar olub.

Sıralamada dördüncü və beşinci yerlərlərə isə müvafiq olaraq, “Microsoft” (184.2 milyard $) və “Walmart” (111.9 milyard $) şirkətləri layiq görülüb.

2021-2022 illəri aralığında ən çox dəyər qazanan amerikan şirkəti isə siyahıda ilk dəfə yer alan “Devon” olub. Belə ki, şirkət bu dövr ərzində 199% dəyər qazanaraq siyahıda 373-cü yerə yüksələ bilib.

Related posts

Ehtiyat ayırmalarının həcminə görə bankların – RENKİNQİ

Kredit portfelinin dinamikasına görə bankların – RENKİNQİ

Qeyri-faiz gəlirlərinə görə bankların – RENKİNQİ

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı