ABŞ-ın ən qabaqcıl neobankları hansılardır?

Neobank konsepsiyası artıq uzun illərdir ki, bankçılıq sektorunun əsas tərkib hissəsi kimi mövcudluğunu  qoruyur. Maliyyə texnologiyaları sahəsində ənənəvi bankları dəyişikliyə və rəqəmsallaşmaya sövq edən ən böyük faktorlardan biri də neobanklardır. Neobankların ən geniş həcmdə yayıldığı ölkələrdən biri olan ABŞ-da noyabr ayına dair renkinq hesabatı açıqlanıb. “Forbes” tərəfindən tərtib edilən hesabata əsasən ABŞ-da fəaliyyət göstərən neobanklar müxtəlif kateqoriyalar üzrə lider seçilib.

Ölkədə 91 mindən artıq bankomat şəbəkəsinə malik olan “Axos Bank” onlayn bankçılıq kateqoriyası üzrə ölkənin ən yaxşı bankı seçilib. Bankçılıq əməliyyatları üzrə lisenziya alan neobanklardan biri “NBKC Bank” yüksək əmanət və depozit faizlərinə görə ən yaxşı neobank ünvanını qazanıb. ABŞ-ın ilkin yaranan neobanklarından olan “Ally Bank” müştəri məmnuniyyəti ən yüksək olan bank seçilib. Keşbek fürsətlərinə görə ən yaxşı neobank “Quontic Bank” olub. Rüsum və komissiyaların həcminə görə ən sərfəli neobank “Discover Bank” olub. Son olaraq, digər kateqoriyalarda çox önə çıxmasa da, neobanklar arasında proseslərin avtomatlaşdırılması üzrə birinciliyi “Chime” neobankı tutub.

Related posts

Dollar əmanəti üzrə banklar hansı faizləri təqdim edir

Qeyri-faiz xərclərinə görə bankların – RENKİNQİ

Depozit portfelinin dinamikasına görə bankların – RENKİNQİ