ABŞ-ın ikinci ən böyük bankı – “Bank of America” yeni maliyyə nəticələrini açıqlayıb

RC1730 A logo sign outside of a facility occupied by Bank of America, in Baltimore, Maryland on January 11, 2019.

ABŞ-ın ikinci ən böyük bankı “Bank of America” 2023-cü ilin II rübü ilə bağlı maliyyə nəticələrini açıqlayıb.

BBN.az Yahoo Finance-yə istinadən xəbər verir ki, bankın xalis gəliri ilin əvvəlindəki göstərici ilə müqayisədə 19% artaraq 7.4 milyard dollara çatıb, təxminlər isə 6.8 milyard dollar yönündə idi. Mənfəəti isə 11% yüksələrək 25.2 milyard dollara çatıb.

Bankın Baş icraçı direktoru (CEO) Brian Moynihan isə açıqlamasında qeyd edib ki, “Biz asta templə inkişaf edən sağlam ABŞ iqtisadiyyatının şahidi oluruq. Əmək bazarı isə möhkəmlənib”.

Qeyd edək ki, bir müddət öncə ABŞ-da regional banklar ilə bağlı problemlər yaşanırdı və onlardan bəziləri müflis olmuş, bəziləri isə “Bank of America” kimi böyük banklar tərəfindən maliyyə axını ilə təmin edilmişdi.

Related posts

Azərbaycan-İsrail enerji əməkdaşlığı müzakirə edilib

Növbəti valyuta hərracı keçirilib

“Level Leasing” ASC-nin səhmlərinin abunə yazılışı üsulu ilə yerləşdirilməsi baş tutacaqdır

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı