ABŞ-ın ipoteka borcu artır

Bu ilin ikinci rübünün yekunlarına əsasən ABŞ-ın ipoteka borcu rekord səviyyəyə çataraq maliyyə böhranının başladığı 2008-ci ildə əldə edilən maksimumu keçmişdir.

Nyu York Federal Ehtiyat Bankından yaydığı məlumata görə, ikinci rübdə borc 162 milyard dollar artaraq 9,4 trilyon dollara çatmışdır. Bu rəqəm 2008-ci ilin üçüncü rübündə əldə edilən 9.3 trilyon dollarlıq ipoteka borcu rekordunu aşdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır