İşsizlik “FES”in proqnozunu doğrultmadı

Federal Ehtiyatlar Sisteminin faiz qərarına təsir edəcək əsas göstərici olan qeyri-aqrar sektorun işsizlik göstəricisi proqnozların gerisində qalıb.

Belə ki, avqust ayında ABŞ-da 150 min ədəd yeni iş yeri açılıb ki,  bu da gözləniləndən 16,7% və ya 30 min iş yeri azdır.

Nəticədə işsizlik dərəcəsi iyul ayı ilə müqayisədə dəyişməyərək, 4,9%-də qərarlaşıb. Pronozlar isə bu göstəricinin 4,8% olacağı istiqamətində idi.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır