ABŞ-ın xam neft ehtiyatları azalıb

ABŞ Enerji İnformasiya İdarəsi ötən həftənin statistikasını özündə cəmləşdirən həftəlik hesabat yayınlayıb. Hesabata görə, ölkədəki xam neft ehtiyatları həftə ərzində 1.1 milyon barel azalaraq 446.8 milyon barelə düşüb. Bu isə 0.002% azalma deməkdir. Proqnozlar isə ehtiyatların 1.3 milyon barel azalması yönündə idi. Qeyd edək ki, bir öncəki həftə xam neft ehtiyatları 0.8 milyon barel artıb.

Digər tərəfdən isə, ABŞ-ın ticarət üçün nəzərdə tutulmayan strateji xam neft ehtiyatları 635 milyon barel səviyyəsində sabit qalıb. Benzin ehtiyatları isə 2.5 milyon barel artaraq 237.3 milyon barelə çatıb.

Gündəlik xam neft idxalı 308 min barel azalmaqla 6.58 milyon barel olub. Gündəlik xam neft ixracı isə əksinə 233 min barel artaraq 3.63 milyon barelə çatıb. Xam neft hasilatı göstəriciləri isə 7 min barel azalıb və gündəlik 12.8 milyon barel səviyyəsində qərarlaşıb. Gələn il isə bu göstəricinin 13 milyon barelin üzərinə qalxması proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır