Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
ABŞ iqtisadiyyatı gündə 15 milyard dollar itirir - BBN

ABŞ iqtisadiyyatı gündə 15 milyard dollar itirir

ABŞ federal hökumətinin fəaliyyətinin dayandırılması ölkə iqtisadiyyatına həftədə təxminən 15 milyard dollara başa gəlir. BBN.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.

Barclays Bank-ın baş iqtisadçısı Conatan Milların sözlərinə görə, tarixən hökumətin bağlanması ciddi fəsadlara yol açmasa da, bu dəfə vəziyyət fərqli ola bilər. O qeyd edib ki, hazırda ABŞ iqtisadiyyatı daha həssas və qeyri-sabit mərhələdədir, buna görə də indiki böhran əvvəlkilərlə müqayisədə daha təhlükəlidir.

Hökumətin bağlanması nəticəsində təxminən 650 min federal işçi maaşsız qalıb. ABŞ Kənd Təsərrüfatı Nazirliyi noyabr ayında aztəminatlı ailələrə ərzaq yardımı göstərmək üçün tələb olunan vəsaitin yalnız yarısını ayıra biləcək. Əsas xidmətlərdə də risk yaranıb — hava limanlarında hava hərəkətinə nəzarət edən işçilərin çatışmazlığı müşahidə olunur.

Eyni zamanda, məktəbəqədər təhsil və azyaşlılara dəstək üçün nəzərdə tutulan Head Start proqramının maliyyələşdirilməsi dayandırılıb. Noyabrın 3-nə olan məlumata görə, artıq 8 mindən çox ailə bu xidmətlərdən məhrum olub.

Nəşrin məlumatına əsasən, vəziyyət özəl sektora da təsir edir. Oktyabrın 21-nə qədər ABŞ Kiçik Biznes İdarəsi təxminən 4800 kiçik biznesə yönəlməli olan 2,5 milyard dollarlıq kreditlərin verilməsini dayandırıb.

ABŞ Ticarət Palatasının vitse-prezidenti Neil Bradley bildirib: “Bizneslərin normal fəaliyyət göstərə bilməsi üçün sabit və işlək hökumət vacibdir.”

İqtisadçılar xəbərdarlıq edirlər ki, əgər böhran 27 noyabr – Şükran Gününə qədər davam etsə, ABŞ iqtisadiyyatına ümumi zərər 14 milyard dolları keçəcək.

Xatırladaq ki, oktyabrın 1-dən etibarən maliyyə razılaşmasının əldə olunmaması səbəbindən ölkə tarixində ən uzunmüddətli qismən hökumət bağlanması qüvvədədir. Bu, Konqresdə Respublikaçılarla Demokratlar arasında səhiyyə də daxil olmaqla bir sıra xərclər üzrə fikir ayrılıqlarının nəticəsidir. Hər iki tərəf bir-birini siyasi məqsədlərlə bağlanmanı uzatmaqda ittiham edir.

Related posts

Azərbaycanda sənaye istehsalı artıb

Azərbaycan iqtisadiyyatına investisiya qoyuluşu 76 %-ə yaxın artıb

EIA bu il üçün Azərbaycanda neft hasilatı proqnozunu azaldıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı