ABŞ iqtisadiyyatı ilə bağlı hesabatlar ürəkaçandır, lakin analitiklər belə düşünmür

ABŞ-da inflyasiyanın tempi iyulda gözləniləndən daha aşağı olub, bu isə inflyasiyanın yavaşlamasına dair ümidləri artırıb. İnflyasiya özünün iyundakı pik həddindən 0.6% enib və illik 8.5%-ə çatıb.

BBN.az CNBC.com-a istinadən xəbər verir ki, bu haqda məlumatı çərşənbə günü ölkənin Əmək Departamenti paylaşıb.

Bu isə bir çox təxminlərdən olduqca aşağı bir göstəricidir, belə ki, Bloomberg-in 44 iqtisadçı arasında apardığı sorğuya görə illik inflyasiya dərəcəsi 8.7% gözlənilirdi. İnflyasiyanın aşağı düşməsi isə bir çox səbəblər, məsələn, təbii qazın böyük ölçüdə 7.7%, işlənmiş nəqliyyat vasitələrinin və aviabiletlərin və geyimlərin qiymətinin azalması ilə bağlıdır. Buna baxmayaraq geniş kateqoriyada, məsələn, sığınacaq, ərzaq qiymətləri yüksək olaraq qalır, ərzağın qiyməti iyunda 1%, iyulda isə 1.1% artım göstərib. 

Bankrate.com-un baş maliyyə analitiki Greg McBride isə deyir ki, bu dataya əsaslanaraq inflyasiyanın özünün pik həddinə çatdığını söyləmək hələ ki tezdir: “Biz geniş kateqoriyada davamlı bir rəqəm görməliyik, zəruri olan məhsullar üzrə qiymətlər yüksəkdir, ərzağın qiyməti isə son 43 ildəkindən olduqca sürətlə artır”. Əmək Departamentinin məlumatına əsaslanaraq, aşağıda əsas məhsul və xidmətlər üzrə qiymətlərin ötən illə müqayisədə artımını görmək olar. 

Təbii qaz 44%, təyyarə biletləri 27.7%, enerji 15.2%, ərzaq 13.1%, yeni nəqliyyat vasitələri 10.4%, evdən uzaqda yemək 7.6%, işlənmiş avtomobil və yük maşınları 6.6%, sığınacaq 5.7%, geyim 5.1%, pivə 4.6%. Ölkənin Mərkəzi Bankı isə inflyasiyanı azaltmaq üçün faiz dərəcələrini artırır, artıq 2022-ci ildə 4 dəfə belə dəyişiklik olub. Hədəf isə faiz dərəcələrini 2%-də saxlamaqdır, hazırda isə bu rəqəm 2.25-2.50%-dir. “Mərkəzi Bankın növbəti iclası isə sentyabrda planlaşdırılıb, ancaq bu rəqəmlərə dayanaraq bir fikir bildirmək mümkün deyil, çünki aşağı göstəricilər növbəti ay təkrarlanmaya bilər”, – deyə analitiklər düşünür.

Related posts

ABŞ-nin Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə bağlı – Qərarı

OpenAI yeni “İdarə heyəti” yaradıb

Elon Musk Supercharger adlı şarj stansiyası şəbəkəsini genişləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı