ABŞ iqtisadiyyatının inkişaf sürəti azalıb

Dünyanın ən böyük iqtisadiyyatına sahib olan ABŞ  ÜDM-nin cari ilin ikinci rübündə artım tempi 1,1% olduğu müşahidə olunub. Qeyd edək ki, artım tempi əvvəlcə 1,2 %  olub.

Bu ilin ikinci rübündə  artım tempinin aşağı düşməsinə baxmayaraq, idxal dərəcələrinin  yüksəldiyi bildirilib. Firmalar əllərindəki  ehtiyatları sürətli şəkildə sərf etməyə çalışarkən, istehlak  xərcləri 4,4 faiz artıb.

Ekspertlərin fikrincə, ABŞ Mərkəzi Bankının faiz dərəcələrinin artım tempinin azalmasının səbəbi  iqtisadi göstəricilərin davamlı inkişaf etməməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır