ABŞ nəhəngləri məhkəmədə görüşüblər

ABŞ-ın nəhəng pərakəndə supermarketlər şəbəkəsi olan “Walmart” digər amerikan nəhəngi “Tesla” şirkətinə qarşı məhkəmə işi başladıb. Səbəb kimi, “Tesla”-nın səhlənkarlığı göstərilib.

Belə ki, 2016-cı ildə “Tesla” tərəfindən satın alınan “SolarCity” şirkəti tərəfindən 240 “Walmart” supermarketinə günəş panelləri quraşdırılıb və bu supermarketlərin yeddisində bu səbəbdən yanğınlar baş verib.

Məhkəməyə müraciətində pərakəndə nəhəngi “Tesla”-dan bütün quraşdırdıqları günəş panellərini çıxarmağı tələb edib.

Qeyd edək ki, sözügedən şirkətlər təbiətin mühafizəsi ilə bağlı bir sıra layihələrdə əməkdaşlıq ediblər. Buna “Tesla”-dan sifariş edilən 45 elektriklə işləyən yük maşını da daxildir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır