ABŞ neft istehsalında rekord qırıb

ABŞ-ın Enerji İnformasiya İdarəsinin (EIA) məlumatlarına görə, ölkədə xam neft hasilatı keçən həftə orta hesabla öncəki həftə ilə müqayisədə 200.000 barel artıb. Beləliklə, 29 Sentyabr-4 Oktyabr həftəsində, dünyanın ən böyük xam neft istehsalçısı olan ABŞ-da 12,6 milyon barel neft hasilatı ilə yeni rekord qeydə alınıb.

Qeyd edək ki, ABŞ-ın gündəlik xam neft hasilatı 17-23 avqust tarixlərində 12,5 milyon barelə çatmışdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır