ABŞ Senatı irimiqyaslı iqtisadi paketi qəbul etdi – Dəyəri 700 milyard dollardır

18 aydır ki, davam edən gərgin mübarizə nəticəsini verib.

ABŞ Senatı iqlim dəyişikliyi, vergi, səhiyyə ilə bağlı əsas qanunları ehtiva edən böyük  700 milyard dollar, yaxud 577 milyard funt sterlinq dəyərində iqtisadi paketi qəbul edib.

BBN.az Amerika mediasına istinadən xəbər verir ki, qanun layihəsi bəzi dərmanların qiymətinin aşağı salınmasını, korporativ vergilərin artırılmasını və karbon emissiyalarının azaldılmasını nəzərdə tutur.

Prezidenti Joe Biden-in əsas gündəminin bir hissəsi olan qanun layihəsinin qəbul edilməsi 2024-cü il ilkin prezident seçkiləri ərəfəsində bir təkan rolunu oynayır. Lakin bu onun administrasiyası tərəfindən təklif edilən 3.5 trilyon dollarlıq paketin kiçildilmiş versiyasıdır. 18 aydır davam edən gərgin mübarizənin məhsulu olan qanun layihəsi Joe Biden-in vitse-prezidenti Kamala Harris-in həlledici səsverməsi ilə 51 lehinə, 50 əleyhinə səs çoxluğu ilə Senat tərəfindən qəbul edilib.

İnflyasiyanın Azaldılması Aktı, hökumətə 65 yaşdan yuxarı olanlar üçün Medicare sağlamlıq sığortası proqramı çərçivəsində təqdim olunan reseptlə satılan dərmanların daha aşağı qiymətləri barədə danışıqlar aparmağa imkan verən qanunları ehtiva edir.

Təxminlərə görə, bu növbəti onilliklər ərzində yüz milyardlarla dollara qənaət edəcək.

İqtisadi paketə, həmçinin, il ərzində 1 milyard dollardan çox gəlir əldə edən şirkətlərdən minimum 15%-lik vergi alınması da daxildir. Konqresdəki danışıqlar zamanı qanun layihəsinin qəbul edilməsi mübahisə doğururdu, biznes qrupları bildirirdilər ki, bu investisiyaları azaldacaq. 

ABŞ tarixində ilk dəfə olaraq iqlim dəyişikliyi ilə mübarizə məqsədilə böyük həcmdə – 369 milyard dollar dəyərində investisiya ayrılıb. Bəzi ailələr elektrik mühərrikli avtomobil almaq üçün 7.500 dollar, yaxud ikinci əl avtomobil üçün 4.000 dollara qədər vergi kreditləri əldə edə biləcəklər. Günəş panelləri və külək turbinləri kimi təmiz texnologiyanın istehsalını sürətləndirmək üçün də milyardlar xərclənəcək. Həmçinin neft və qazdan yaranan çirklənmədən əziyyət çəkən cəmiyyətlərə 60 milyard dollar dəyərində investisiya nəzərdə tutulub.

Qanun layihəsinin müəllifləri hesab edirlər ki, bu tədbirlər 2030-cu ilə qədər karbon emissiyasını 40%-ə qədər azaldacaq. İqlim dəyişikliyi ilə bağlı hökumətin böyük həcmdə investisiya ayırmasının səbəbi ekstrim hava şəraitinin olması ilə bağlıdır, məsələn, həddindən artıq istilər, Kentucky ərazisində daşqınların olması bura daxildir. Bazar ertəsi günü Bayden daşqınlardan əziyyət çəkən Kentucky əhalisinə də baş çəkmişdi.

Related posts

ABŞ-nin Mərkəzi Bankının uçot faiz dərəcəsi ilə bağlı – Qərarı

OpenAI yeni “İdarə heyəti” yaradıb

Elon Musk Supercharger adlı şarj stansiyası şəbəkəsini genişləndirəcək

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı