ABŞ tənzimləyici orqanının açıqlamasından sonra bitcoin-in qiyməti 700 dollar bahalaşdı

ABŞ tənzimləyici orqanı FED-in çərşənbə günü açıqlamalarından sonra bitcoin nə az, nə çox düz 700 dollar bahalaşaraq 23.600-dollardan yüksəyə daha dəqiq 23.627 dollara ticarət edilib. Bu isə gün ərzində 2%-dən çox artım demək idi. Hazırda isə 23.837 dollara ticarət etməkdədir. Mətbuat konfransı zamanı başqa bir böyük kriptovalyuta hesab edilən Ether-in qiyməti isə 3% bahalaşmış və 1.635 (hazırda 1.674) dollara satılırdı.

BBN.az coindesk.com-a istinadən xəbər verir ki, ABŞ Mərkəzi Bankının rəhbəri Jerome Powell ona işarə edib ki, tənzimləyici inflyasiyanın azalması əlamətlərini görməkdədir. 

ABŞ Mərkəzi Bankının (FED) rəsmisinin tənzimləyicinin inflyasiya ilə mübarizəsi artıq sona yaxınlaşır siqnalından sonra bu gün dollar da enməyə başlamışdı, dolların aşağı düşməyi isə bitcoin kimi risk faktoru olan aktivlər və səhm bazarı üçün müsbət əlamət hesab edilir. 

Qeyd edək ki, ekspertlərin kripto bazarı ilə bağlı proqnozları bu yöndədir ki, 2023-cü ildə qiymətlərin yüksəlməsini müşahidə edəcəyik, baxmayaraq ki, 2022-ci il sektor üçün olduqca çətin keçmişdi. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı