Abşeron rayonunda fəaliyyət göstərən sahibkarlarla görüşlər keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Abşeron rayonunda fəaliyyət göstərən qadın sahibkarlar və istixana təsərrüfatı ilə məşğul olan sahibkarlıq subyektləri ilə görüşlər keçirilib.

30-a yaxın sahibkarlıq subyektinin iştirakı ilə təşkil olunmuş görüşlərdə KOBİA-nın, Sahibkarlığın İnkişafı Fondunun, Qida Təhlükəsizliyi Agentliyinin, “Azəriqaz” İB-in, “Azərişıq” ASC, Abşeron KOB İnkişaf Mərkəzinin (KOBİM) və “Kapital Bank” ASC-nin nümayəndələri iştirak ediblər.

Dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində təşkil olunmuş görüşlərdə müvafiq olaraq istixana şəraitində becərilən məhsulların əkilməsi qaydaları və saxlanılması, maliyyə resurslarına çıxış, kadr potensialının gücləndirilməsi və digər məsələlər müzakirə olunub. Görüşlərdə həmçinin, sahibkarların təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb. 

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı