Access Bank” QSC nizamnamə kapitalını 118,5 milyon manat artırıb

“Access Bank” QSC nizamnamə kapitalını 118,5 milyon manat artırıb.
Bunu, JW Marriott Absheron otelində “Access Bank”-ın səhmdarlarının strukturundakı dəyişikliklərə həsr olunmuş mətbuat konfransında bankın İdarə Heyətinin sədri Anar Həsənov deyib.

Belə ki, BBN.az verdiyi məlumata əsasən, “Access Bank”ın səhmdarlarının pay bölgüsü dəyişərək aşağıdakı tərkibdə müəyyənləşmişdir:

– Asiya İnkişaf Bankı – 19,90%;

– Avropa İnvestisiya Bankı – 17,39%;

– Beynəlxalq Maliyyə Korporasiyası – 16,56%;

              -responsAbility tərəfindən idarə edilən investisiya fondları:

– responsAbility SICAV (Lux) – 2,91%

– responsAbility Management Company S.A. – 7,11%

– Hollandiya İnkişaf Bankı (FMO) – 9,41%;

– Avstriya İnkişaf Bankı – 9,17%;

– SIFEM AG – 8,89%;

– EFSE – 2,78%

– Symbiotics SICAV (Lux.) – 2,27%

– GGF – 1,77%

– LFS Advisory GmbH – 1,27%

– Qara Dəniz Ticarət və İnkişaf Bankı – 0,58% 

Xatırladaq ki, dəyişməzdən əvvəl səhmdarların tərkibi aşağıdakı şəkildə idi: Qara Dəniz Ticarət və İnkişaf Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD), Beynəlxalq Maliyyə Korporasiyası (IFC), Almaniyanın KFW bankı hər biri 20%, “Access Microfinance Holding AG” 16,53%, “LFS Financial Systems GMBH” (Almaniya) isə 3,47% paya malik idi.

Onun sözlərinə görə, 118.5 mln. manat bankın nizamnamə kapitalının artırılmasına yönəldikdən sonra səhmdar kapitalı 258 mln. manata çatdırılacaq. “Əlavə olaraq subordinasiya olunmuş kredit alətləri vasitəsilə II dərəcəli kapital 22 mln. manat artırılacaq. Bununla yanaşı, “şərti kapital”ın artırılması üçün də 22 mln. manatın ayrılması nəzərdə tutulub ki, gələcəkdə ehtiyac olduğu halda bu vəsaitdən də istifadə olunacaq”, – deyə sədr vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır