Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AccessBank-da müştəri xidmətlərində “Free Fridays” günləri - BBN

AccessBank-da müştəri xidmətlərində “Free Fridays” günləri

AccessBank müştəriləri çevik və yüksək keyfiyyətli bank xidmətləri ilə təmin etməklə yanaşı, həm də onlara maksimum rahat mühit təqdim edir. 

Çünki AccessBank-da hər cümə günü səmimi ortam – “Free Fridays”dir. Belə ki, məhz bu gün AccessBank əməkdaşları müştərilərə qeyri-rəsmi geyim tərzində xidmət göstərir. Rahat geyim tərzi həm əməkdaşların, həm də müştərilərin daha rahat və səmimi ünsiyyət qurmasına yardım, bank xidmətlərinin isə daha effektiv olmasına töhfə verir.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

Related posts

AccessBank istehlak kreditinin maksimum məbləğini 50 000 AZN-ə qədər artırdı

Ziraat Bank Azərbaycan istehlak kreditlərində bahar kampaniyasını təqdim edir

Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə 6%-dək endirim

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı