Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AccessBank-dan sahibkarlar üçün dövlət dəstəkli biznes kreditləri! - BBN

AccessBank-dan sahibkarlar üçün dövlət dəstəkli biznes kreditləri!

Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank sahibkarlara dəstək olmaqda davam edir. Bankın Sahibkarlığın İnkişafı Fondu (SİF) ilə tərəfdaşlığının nəticəsi olaraq, 2022-ci ildə 258 sahibkara müxtəlif investisiya layihələrinin maliyyələşdirilməsi məqsədi ilə 7.000.000 AZN məbləğdə güzəştli kreditlər təqdim edilib.  

Sahibkarlığın İnkişafı Fondunun təqdim etdiyi biznesə dəstək kreditlərinin əsas şərtləri:

 – illik 5%

– 10 milyon AZN-dək

Sifariş və ətraflı məlumat üçün: https://bit.ly/3zZ8pLg

Sahibkarlar təklif olunan kredit haqqında məlumat əldə etmək üçün həmçinin AccessBank-ın 151 Əlaqə mərkəzinə zəng edə və ya bankın filiallarına  yaxınlaşa bilərlər.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

Related posts

“ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərinə müraciət edən vətəndaşların nəzərinə!

Bu istehlakçılar üçün sayğaclar sistem operatorunun vəsaiti hesabına təchiz ediləcək

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri artıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı