Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AccessBank-dan startap ekosisteminə dəstək: “Bizdən Biznesə”nin qalibləri seçildi - BBN

AccessBank-dan startap ekosisteminə dəstək: “Bizdən Biznesə”nin qalibləri seçildi

29.12.2025. AccessBank artıq ikinci dəfədir reallaşdırdığı “Bizdən Biznesə” startap müsabiqəsinin yekunlarını uğurla qeyd edir. Bu dəfə layihənin tərəfdaşları sırasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) əlavə qlobal səviyyəli “VİSA” şirkəti də qoşulub.

 

AccessBank-ın təşəbbüsü, KOBİA-nın dəstəyi və VİSA-nın əlavə maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi yenilikçi ideyalara dəstək olmaq, yeni sahibkarlar üçün imkanları artırmaq, iqtisadi artımı stimullaşdırmaq, eləcə də, insanlara biznes ideyalarını reallaşdırmaq üçün platforma təqdim etməkdir.   “Bizdən Biznesə” müsabiqəsi iştirakçılarına öz biznes-planlarını təqdim etməklə yaradıcılıq və sahibkarlıq bacarıqlarını sərgiləmək və eyni zamanda həyata keçirmək imkanı yaradır.

 

«Artıq iki ildir ki, “Bizdən Biznesə” layihəsini həyata keçiririk və məqsədimiz onu davamlı etməkdir. Çünki müraciət edən startap layihələrinin ildən-ilə daha maraqlı və innovativ olduğunu müşahidə edirik. Layihənin ilk ilində KOBİA-nın dəstəyi ilə uğurla həyata keçirilən bu təşəbbüsə bu il qlobal şirkət olan VISA-nın tərəfdaş kimi qoşulması layihənin davamlılığına olan inamımızı daha da gücləndirir. Bu əməkdaşlıq, eyni zamanda, layihənin genişləndirilməsinə, mükafat fondunun və qaliblərin sayının artırılmasına imkan yaradıb. AccessBank artıq 20 ildən çoxdur ki, Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək göstərir və bu yolda qarşılaşılan çətinlikləri yaxından tanıyır. Məqsədimiz bu layihə vasitəsilə yeni sahibkarların qarşılaşdığı əngəllərin aradan qaldırılmasına töhfə verməkdir», – deyə AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri deyib.

 

Bu il 15 oktyabr tarixində elan olunan müsabiqəyə 1 ay ərzində 500-dən artıq müraciət daxil olub. Münsiflər heyəti tərəfindən daxil olan layihələr arasında innovasiya, kreativlik, davamlılıq və gəlirlilik meyarlarına uyğun olan 20 layihə seçilib. İkinci mərhələdə isə 10 layihə finala çıxıb.

Related posts

Azərbaycan Banklar Assosiasiyası Mizuho Bank ilə rəqəmsal aktivlər və süni intellekt üzrə işgüzar görüş keçirib

Azərbaycan Banklar Assosiasiyasının nümayəndə heyəti Yaponiyada işgüzar səfərdə olub

Azərbaycanda ən çox şikayət edilən sığorta şirkətləri açıglanıb

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı