Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AccessBank dörd nominasiya üzrə qalib oldu! - BBN

AccessBank dörd nominasiya üzrə qalib oldu!

03.04.2026. AccessBank Azərbaycan Banklar Assosiasiyasının təşkil etdiyi “Bankçılıq Mükafatları – 2025” tədbirində dörd nüfuzlu nominasiya üzrə qalib seçilərək müxtəlif istiqamətlərdə mövqeyini bir daha möhkəmləndirdi.

Bank “Korporativ Sosial Məsuliyyət”, “Maliyyə Savadlığı Dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması sahəsində tədbirlər həyata keçirən ABA üzvü” və “Rəqəmsal ödənişlər təhlükəsizliyinə dair maarifləndirmə layihələri” nominasiyaları üzrə mükafata layiq görülüb.

Bu nəticə AccessBank-ın yalnız bank xidmətləri ilə deyil, eyni zamanda cəmiyyətin inkişafına yönəlmiş təşəbbüsləri ilə seçildiyini göstərir. Sosial məsuliyyət layihələri, maliyyə savadlılığının artırılması istiqamətində görülən işlər, sahibkarlığın dəstəklənməsi və rəqəmsal təhlükəsizlik sahəsində həyata keçirilən tədbirlər bankın fəaliyyətində vacib istiqamətlər olaraq ön plana çıxır.

Əldə olunan bu uğur AccessBank-ın davamlı inkişaf strategiyasının və məsuliyyətli yanaşmasının məntiqi nəticəsi olmaqla yanaşı, onun ölkənin maliyyə sektorunda güclü və etibarlı mövqeyini daha da möhkəmləndirir.

AccessBank Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 25-i bölgələrdə olmaqla, 39 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. Filiallar haqqında əlavə məlumat linkdə təqdim edilir: http://bit.ly/accessbank-filiallar .

Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 Əlaqə Mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə (Facebook, Instagram, LinkedIn) müraciət edə bilərsiniz.  

*AccessBank QSC Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir.

Related posts

Ziraat Bank Azərbaycan Bank of China-da CNY üzrə müxbir hesab açdı

I rübdə “Bakı Fond Birjası”nın dövriyyəsi 12 mlrd. manata yaxınlaşıb

AMB nin departament direktor müavini Elçin Güləliyev Mərkəzi Bankın qərarını “AzTV İqtisadiyyat”da şərh etdi

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı