Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AccessBank ilin ilk təcrübə proqramına start verir - BBN

AccessBank ilin ilk təcrübə proqramına start verir

Azərbaycanda mikromaliyyələşdirmə lideri olan AccessBank tələbələrin inkişafını və uğurlu karyera seçimini dəstəkləmək məqsədi ilə növbəti dəfə Tələbə Təcrübə Proqramını açıq elan edir.

3 ay davam edəcək təcrübə proqramında Bakı və bölgələri təmsil edən tələbələr AccessBank-ın komandası ilə birgə çalışaraq nəzəri biliklərlə yanaşı, həm də praktiki bacarıqlar əldə edəcəklər.

Təcrübəçilər Bankın Mərkəzi, Lökbatan, Xaçmaz, Gəncə filiallarında, həmçinin Baş Ofis – Administrasiya və Təhlükəsizlik, Daxili Audit, Biznesə Dəstək, İT İnfrastruktur və Əməliyyatlar/Texniki Dəstək departamentlərində təcrübə keçəcəklər.

AccessBank-ın Tələbə Təcrübə Proqramı ali təhsil müəssisələrinin 3-cü və 4-cü kurs tələbələri üçün nəzərdə tutulub. Ödənişsiz baş tutacaq təcrübə proqramına qatılmaq üçün namizədlər yalnız müsahibədən keçməlidirlər. 

Seçimdə iştirak hüququ əldə etmək üçün təcrübə qazanmaq istədiyiniz istiqaməti CV formasında göstərin və  qeydiyyatdan keçin.

Müraciət üçün son tarix: 06.02.2022.

Hər kəsə uğurlar!

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla 29 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin https://www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdəki səhifələrinə (Facebook, Instagram, LinkedIn) daxil olmaq olar.

Related posts

PAŞA Bank 8 Mart münasibətilə premium Miles&Smiles kartlarına 50% endirim elan edir

VTB (Azərbaycan)-da sahibkarlar üçün Novruz kampaniyası davam edir

Unibankdan xanımlara 8 Mart hədiyyəsi- 8 %-lik kredit

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı