AccessBank mobil bankinq əlavəsini müştərilərə təklif edir

AccessBank  myAccess mobil bankinq əlavəsini müştərilərə təklif edir. İstifadəçilər istənilən yerdən, günün saatından asılı olmayaraq vəsaitlərini nəzarətdə saxlayıb, pul köçürmələri və valyuta mübadiləsi edə bilər həmçinin kreditlərini rahatlıqla ödəyə bilər. Hətta ödəniş kartı itirilsə belə, kartları dərhal myAccess-də bloklaşdıraraq vəsaitlərin təhlükəsizliyini təmin edə bilərlər.

Qeyd edək ki, myAccess mobil əlavəsi istifadə üçün Google Authenticator-la istənilən yerdən daxil olmaq mümkündür. myAccess əlavəsini həmçinin korporativ müştərilər də çox rahatlıqla istifadə edə bilər. Olduğunuz yerdən asılı olmayaraq vergi və digər ödənişləri keçirib, hesablardan çıxarışları əldə edib vəsaitlərinizi idarə edə bilərsiniz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır