Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
"AccessBank" müştərilərinin hüquqlarını qoruyur - BBN

“AccessBank” müştərilərinin hüquqlarını qoruyur

“AccessBank” müştərilərlə münasibətlərini Müştəri Hüquqlarının Mühafizəsi Prinsiplərinə (MHM) uyğun şəkildə qurur. Bu prinsiplər beynəlxalq və milli mikromaliyyə qurumlarının yenilikçi və müştəriyönümlü davranış kodeksləri əsasında yaradılıb. MHM prinsipləri “AccessBank”a maliyyə xidməti sektorunda yüksək etik və davamlı biznes strategiya tətbiq etmək imkanı yaradır.

2009-cu ildə “AccessBank” mikromaliyyə sahəsində Müştərilərin Hüquqlarının Mühafizəsi üzrə beynəlxalq kampaniyaya qoşulub. O müddətdən etibarən bank, müştərilərinin bank xidmətləri alarkən əldə etdikləri hüquqlar haqqında məlumatlı olması və onlarla əməkdaşlıq çərçivəsində MHM prinsiplərinə riayət olunması üçün çox işlər görüb. MHM prinsiplərinin əsas məqsədi müştərilərə etik standartlara uyğun şəkildə davranılması, həmçinin onlara daha keyfiyyətli xidmətlərin göstərilməsi, müştərilərin şikayət etmək hüquqlarının təmin edilməsi və onların fərdi məlumatlarının məxfiliyinin qorunmasından ibarətdir. Bundan başqa, MHM prinsiplərinə müştərilərin maliyyə savadlılığının artırılması üçün işlər də daxildir: bank, müştərisinin lazım olmayan məhsullardan istifadə etməməsi və artıq borclanmaya girməməsi istiqamətində çalışır. Bununla yanaşı, “AccessBank” qiymət siyasətində şəffaflığını qoruyub saxlamağa davam edir.

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, Qara Dəniz Ticarət və İnkişaf Bankı kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial media hesablarına daxil olmaq olar.

Related posts

Expressbankdan ilk dəfə kredit götürənlərə XÜSUSİ TƏKLİF

AMB rəsmisi: “Kreditlə bağlı qərarlarda subyektivlik azalacaq” – MÜSAHİBƏ

Banklar əhaliyə 118 mln. manat depozit faizi ödəyiblər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı