Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AccessBank” müştərilərinin nəzərinə - BBN

“AccessBank” müştərilərinin nəzərinə

“AccessBank” 2020-2021-ci illərdə xarici əməliyyatlar həyata keçirmiş müştərilərinin hesablarından ƏDV tutur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 173.1-ci maddəsinə əsasən, 20.01.2020-19.02.2021 tarixləri arasında aparılmış elektron ticarət və ya onlayn xidmətlərə görə fiziki şəxslər 18% dəyərində ƏDV ödəməlidir.

Bundan başqa, vergi orqanlarında qeydiyyatdan keçməmiş və onlayn xidmətlər alan fiziki şəxslər, həmçinin xarici ölkələrdə təşkil olunan lotereyaların, digər yarış və müsabiqələrin iştirakçıları olan Azərbaycan Respublikasının vətəndaşları qeyd olunan dövr üçün ƏDV ödəməlidirlər.

Cari vergi Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 173.1 bəndinə əsasən, 2017-ci ildən tutulur. Vergi, əməliyyatı icra edən yerli bank və ya xarici bankın ölkədəki filialları tərəfindən vətəndaşın hesabından silinərək dövlət büdcəsinə ödənilir. Texniki səbəblərdən Bank cari vergini 20.01.2020-19.02.2021 tarixləri ərzində tutmayıb.

“AccessBank”, müştərilərinin rahatlığı üçün ƏDV-ni onların bank hesablarından siləcək. Müştərilərə anlayışları üçün təşəkkür edir və proseslə bağlı olaraq, hər hansısa sualları yarandığı halda “AccessBank”ın 151 Əlaqə mərkəzinə müraciət etmələrini xahiş edirik.

Related posts

“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!

“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi

Mərkəzi Bankın baş direktoru Azərbaycanda İslam banklarının yaradılması perspektivlərindən danışıb (ÖZƏL MÜSAHİBƏ)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı