Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AccessBank Qəbələdə! - BBN

AccessBank Qəbələdə!

AccessBank 20-ci ildönümündə sayca 31-ci filialını Qəbələ şəhərində açır. Yeni filial şəhərin mərkəzində – Heydər Əliyev prospekti 185 B ünvanında yerləşir. Qəbələ filialında müştərilərə əmanətlərin yerləşdirilməsi, müxtəlif növ kreditlərin və  ödəniş kartlarının təqdim edilməsi kimi bank xidmətləri təklif olunur.  

AccessBank filial şəbəkəsinin yenilənməsi və genişləndirilməsi layihəsinə ötən ildən başlayıb. Artıq Binəqədi, Mərdəkan və Lənkəran filiallarında yenidənqurma işləri aparılıb, Şəmkir, Naxçıvan filiallarının isə açılışı reallaşdırılıb.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası  və digər beynəlxalq maliyyə təşkilatları və investisiya fondları yer alır. Bankın 15-i Bakıda, 16-sı bölgələrdə olmaqla, 31 filialı fəaliyyət göstərir.

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

Related posts

Expressbankdan ilk dəfə kredit götürənlərə XÜSUSİ TƏKLİF

AMB rəsmisi: “Kreditlə bağlı qərarlarda subyektivlik azalacaq” – MÜSAHİBƏ

Banklar əhaliyə 118 mln. manat depozit faizi ödəyiblər

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı