20 iyun 2024-cü il tarixində Bakı Fond Birjasının (BFB) Listinq Komitəsinin qərarı ilə “ACCESSBANK” QSC-nin buraxılış həcmi 5,000,000 (beş milyon) manat olan istiqrazları standart bazar seqmentində listinqə daxil edilmişdir.
Qeyd olunan istiqrazların Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə yerləşdirilməsi 28 iyun 2024-cü il tarixində yekunlaşmışdır.
İstiqrazların emissiya prospektini BFB-nin internet səhifəsində “Emitentlərin profili” (https://www.bfb.az/az/emitentler) bölməsindən əldə edə bilərsiniz.
İstiqrazlar üzrə məlumat aşağıdakı kimidir:
Emitentin adı |
“ACCESSBANK” QSC |
Dövlət qeydiyyat nömrəsi – İSİN |
AZ2005004281 |
İstiqrazın növü və forması |
İstiqraz faizli, təmin edilməmiş sənədsiz adlı |
Ticarət üsulu/forması |
Kütləvi/Rəqabətli |
İstiqrazın sayı |
5,000 (ədəd) |
İlkin ticarət qiyməti |
1,000 manat |
Buraxılış həcmi |
5,000,000 manat |
İllik gəlirlilik faizi |
10% |
Minimal qiymət |
1,000 manat |
Maksimal qiymət |
1,000 manat |
Kəsmə qiyməti |
1,000 manat |
Ortaçəkili qiyməti |
1,000 manat |
Reallaşdırılmış həcm |
5,000,000 manat |
Sifarişlərin ümumi həcmi (nominal qiymətlə) |
5,000,000 manat |
İnvestor sayı |
1 |
Sifariş sayı |
1 |
Ödəmə Periodu |
İldə günlərin sayı 360(üç yüz altmış) və bir ayda günlərin sayı 30(otuz) gün olaraq götürülməklə hər 3(üç) təqvim ayından bir |
Tədavül müddəti |
18 ay |
İstiqrazların ödəmə tarixi |
28.12.2025 |
Anderrayter |
“ABB-İnvest İ.Ş” QSC |