AccessBank “Səsli kitablar” layihəsinə dəstək olub

AccessBank görmə qabiliyyəti zəif uşaqlar üçün audiokitabların yazılmasına sponsorluq edib.

Belə ki , bank Community.az və Təhsil Nazirliyinin birgə keçirdiyi “Səsli kitablar” layihəsinə dəstək olub. Bu layihə çərçivəsində görmə qabiliyyəti zəif olan şəxslər üçün audiokitablar hazırlanıb.  Azərbaycan və dünya yazıçılarının əsərlərindən ibarət audiokitablar görmə qüsurlu şəxslərin cəmiyyətə inteqrasiyasına yardım edəcək.

Qeyd edək ki, “Səsli kitablar” layihəsinə AccessBank-dan savayı, Pasha Holding, Axa Mbask, Referans Klinik Laboratoriya Mərkəzi və LOR hospitalı da dəstək olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır