“AccessBank” Türkiyəyə 6000-dək ağac tingi bağışlayacaq

“AccessBank” meşə yanğınlarından təsirlənən bölgələrin ekoloji durumunun tənzimlənməsi məqsədilə Türkiyəyə 6000-dək ağac tingi bağışlayacaq. Azərbaycan Banklar Assosiasiyasının dəstəyi ilə həyata keçirilən aksiyada  Azərbaycanda bankçılıq sferasında işləyən hər bir əməkdaşın adından 5 ədəd ağac tinginin qardaş Türkiyəyə bağışlanılması nəzərdə tutulub. 

İlkin qiymətləndirmələrə görə, yanğınlar Türkiyə iqtisadiyyatına 300 milyard lira (34 milyard 800 milyon dollar) ziyan vurub. 

Qeyd edək ki, “AccessBank” korporativ dəyərləri sırasında cəmiyyət və ətraf mühitə qarşı məsuliyyətin yer aldığı yeganə Azərbaycan bankıdır.  

“AccessBank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.  

Related posts

Xalq Bankdan Visa Infinite kartını 50% endirimlə əldə edin

Birbank taksit kartı sahiblərinə Trendyol ödənişlərində hissəli ödəmə imkanı

Kapital Bank-la rəqəmsal transformasiya və süni intellektin gələcəyi: Nəriman Əsədovla müsahibə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı