“AccessBank” “Üçü var idi, üçü yox idi…” kredit kampaniyasının müddətini uzadıb

“AccessBank” “Üçü var idi, üçü yox idi” kredit kampaniyasının müddətini yanvarın 31-dək uzadıb.

Kampaniya çərçivəsində bankdan mikro, aqro və istehlak krediti götürən müştərilərə aylıq ödənişlərdə istənilən 3 ay güzəşt müddəti verilir və son 3 ayın faizləri hədiyyə edilir. Başqa sözlə, 3 ay güzəşt müddəti var, 3 ay faiz ödənilməsi yoxdur.

Belə ki, yanvarın 31-dək “AccessBank”dan kredit götürənlər ödəniş aylarından istənilən 3 ayı güzəşt müddəti kimi seçib, həmin aylar üzrə əsas borc məbləği ödənişindən azad olunacaq və ödənişi növbəti aylarda həyata keçirəcək. Bununla yanaşı, kampaniya çərçivəsində kredit götürən hər kəsə kreditin son 3 ayının faizləri hədiyyə edilir. Kampaniyadan yararlanan müştərilər sərfəli şərtlərlə, müddəti minimum 15 ay olmaqla, 50 000 manatadək mikro və aqro, eləcə də 20 000 manatadək nağd kreditlər əldə edə biləcək. Kreditlər üzrə illik faiz dərəcəsi 23%-dən başlayır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır