AccessBank VİSA-dan mükafat qazandı

Visa beynəlxalq ödəniş sistemi AccessBank-ı 2 nominasiya üzrə mükafatlandırıb. Bank nağdsız əməliyyatların effektiv təşviqi, həmçinin uşaq və yeniyetmələr üçün myCard Junior kartlarının istifadəyə verilməsi üzrə nominasiyalarında xüsusi mükafatlara layiq görülüb.

AccessBank-ın azyaşlılar üçün nəzərdə tutulmuş myCard Junior kartları onların maliyyə savadlılığını artırır. Valideynlərə isə övladlarının xərclərinə nəzarət, hesablarını idarə etmək, xərclər üzrə limitləri tənzimləmək imkanı yaradır. Həmçinin valideyn myCard Junior vasitəsilə övladının harada və nə qədər xərcləyəcəyini öncədən müəyyən edə bilir.

myCard Junior kartları 30%-dək kəşbək və illik qalığa 4%-dək gəlir də gətirir. Kartlar qızlar və oğlanlar üçün iki fərqli dizaynda tərtib olunub.

myCard Junior uşaqların kiçik yaşlarından xərclərini düzgün planlamaları və idarə etmələri üçün uğurlu başlanğıcdır.

AccessBank-ın təqdim etdiyi VİSA kartlarını sifariş vermək üçün: 

https://www.accessbank.az/az/private/cards/mycard/

Related posts

Bankların xalis mənfəətinin həcminə görə renkinqi – II rüb/2024

Visa ABB-nin layihələrini mükafatlandırdı

Bank of Baku-da yeni təyinat

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı