Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
AccessBank yeni konseptli növbəti filialını təqdim edir - BBN

AccessBank yeni konseptli növbəti filialını təqdim edir

AccessBank filial şəbəkəsini artırmaqla əhatə dairəsini genişləndirməyə və keyfiyyətli bank xidmətlərini əlçatan etməyə davam edir. Bank, bu dəfə Mərdəkan filialını yeni konseptdə müştərilərin xidmətinə təqdim edib. Yeni konsepsiya əsasında təmir edilən filial qəsəbənin mərkəzində – Serqey Yesenin küçəsi 2a ünvanında yerləşir. Filial müştərilərə hesablaşma-kassa əməliyyatları, əmanətlər, müxtəlif növ kreditlər, plastik kartlar, pul köçürmələri, valyuta mübadiləsi və s. bank xidmətlərini təklif edir. 

AccessBank filial şəbəkəsinin yenilənməsi və genişləndirilməsi layihəsinə ötən ildən başlayıb. İlkin olaraq, Bankın Binəqədi filialında yenidənqurma işləri aparılıb. Daha sonra Şəmkir filialının açılışı reallaşdırılıb. Layihəyə uyğun olaraq,  digər filialların da yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və nümayəndəliklərin açılması nəzərdə tutulub.

AccessBank Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 14-ü bölgələrdə olmaqla, 29 filialı fəaliyyət göstərir.

Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.

Related posts

Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun: öz təsirini yarat” mövzusunda təlim keçirilib

“Expressbank”ın sponsorluğu ilə “ASAN xidmət”in 3-cü “RoboCode” düşərgəsi başa çatıb

RABİTƏBANK RAMAZAN VƏ NOVRUZ BAYRAMI ƏRƏFƏSİNDƏ ŞƏHİD AİLƏLƏRİNİ ZİYARƏT EDİB

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı