Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib - BBN

“AccessBank”da yeni İcraçı Direktorlar təyin edilib

Mart ayının 1-dən etibarən “AccessBank”da iki yeni İcraçı Direktor vəzifələrinin icrasına başlayır. Bunlar Pərakəndə Bankçılıq üzrə İcraçı direktor İlkin Quliyev və  Risklərin İdarə Edilməsi üzrə İcraçı direktor Orxan İsmayılovdur.   

İlkin Quliyev “AccessBank”da fəaliyyətinə 2019-cu ilin aprel ayında Pərakəndə Bankçılıq departamentinin direktoru vəzifəsində başlayıb. Cənab Quliyev bankçılıqda  12 ildən çox iş təcrübəsinə malikdir. O, “AccessBank”dan öncə 4 bankda Xidmət, Şöbə və Departament rəhbəri vəzifələrində işləyib.  

İlkin Quliyev Azərbaycan Dövlət İqtisad Universitetində “İqtisadiyyatın idarə olunması” üzrə bakalavr, Böyük Britaniyanın Nyukasl Biznes Universitetində “Bank və Maliyyə” üzrə magistr dərəcələrinə yiyələnib.

Orxan Ismayılov “AccessBank”da fəaliyyətinə 2020-ci ilin yanvar ayında Risklərin İdarə Edilməsi departamentinin direktoru vəzifəsində başlayıb.  Cənab İsmayılov karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. Daha sonra fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirərək Prudensial siyasət və Metodologiya İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

Orxan İsmayılov Bakı Dövlət Universitetində İqtisadi kibernetika ixtisası üzrə bakalavr və maqistr dərəcələri alıb. Habelə, Praqada Nyu-York Universitetində MBA dərəcəsinə yiyələnib.

Related posts

Azərbaycanda sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılması müzakirə edilib

Novruz sərfəli imkanlar gətirir: VTB (Azərbaycan)-da kreditlər 9,5%-dən və komissiyasız!

Qırmızı Ürəklər Fondundan Ramazan ayında həmrəylik çağırışı

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı