Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$ID is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 46

Deprecated: Creation of dynamic property Penci_AMP_Post_Template::$post is deprecated in /home/u208552070/domains/bbn.az/public_html/wp-content/plugins/penci-soledad-amp/includes/class-amp-post-template.php on line 47
“AccessBank”da yeni təyinat: Tural Feyzullayev Hüquq və Komplayens departamentinin rəhbəri təyin olunub - BBN

“AccessBank”da yeni təyinat: Tural Feyzullayev Hüquq və Komplayens departamentinin rəhbəri təyin olunub

Bu gündən etibarən Tural Feyzullayev “AccessBankda” Hüquq və Komplayens departamentinin rəhbəri vəzifəsində fəaliyyətə başlayır.

Cənab Feyzullayev hüquq karyerasına Azərbaycan Respublikasının Mərkəzi Bankında başlayıb. Daha sonra fəaliyyətini Maliyyə Bazarlarına Nəzarət Palatasında davam etdirərək müxtəlif vəzifələrdə işləyib. “AccessBank”da fəaliyyətə başlamazdan əvvəl Azərbaycan Respublikasının Mərkəzi Bankında Hüquq departamentinin direktor müavini – Maliyyə bazarlarının hüquqi təminatı şöbəsinin rəisi vəzifəsində çalışıb.

Tural Feyzullayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavr və Fransada Tuluz Universitetində Beynəlxalq Biznes Hüququ üzrə magistr dərəcələri alıb.

12.11.2018-ci il tarixində Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Azərbaycan, ingilis və fransız dillərini bilir.

Related posts

“Unibank”ın 7 %-dək endirimli kredit kampaniyasının bitməsinə az qaldı!

“Mart gəldi, nağd gəldi” — Bank Respublikadan sərfəli kredit təklifi

Mərkəzi Bankın baş direktoru Azərbaycanda İslam banklarının yaradılması perspektivlərindən danışıb (ÖZƏL MÜSAHİBƏ)

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Ətraflı