Home » “AccessBank”ın departament rəhbəri “Yüksəliş” müsabiqəsinin qalibi oldu

“AccessBank”ın departament rəhbəri “Yüksəliş” müsabiqəsinin qalibi oldu

by bbnadm
0 rəy 0 baxış 1 dəqiqə oxuma

“Yüksəliş” müsabiqəsinin qaliblərindən biri də “AccessBank”ın Hüquq və Komplayens departamentinin rəhbəri Tural Feyzullayevdir. O, müsabiqəyə müraciət etmiş 11 760 nəfər arasından idarəçilik səriştəsi və bacarıqlarına görə seçilib. 

“Yüksəliş” müsabiqəsinin məqsədi yüksək potensiala və idarəetmə keyfiyyətlərinə sahib perspektivli menecerləri müəyyənləşdirmək və dəstəkləməkdir.

Bu, Tural Feyzullayevin ilk nailiyyəti deyil. Belə ki, o, 2018-ci ildə Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılmasına verdiyi töhfəyə və beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin daha da yaxşılaşdırılması sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Qeyd edək ki, Tural Feyzullayev “AccessBank”dan öncə Maliyyə Bazarlarına Nəzarət Palatasında və Azərbaycan Respublikasının Mərkəzi Bankında fəaliyyət göstərib. 

Tural Feyzullayev Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Hüquqşünaslıq ixtisası üzrə bakalavr və Fransada Tuluza Universitetində Beynəlxalq Biznes Hüququ üzrə magistr dərəcələri alıb. Azərbaycan, ingilis və fransız dillərini bilir.

Oxşar xəbərlər

Şirkət

Abunə ol

2023 – Bütün hüquqlar qorunur. BBN

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul et Ətraflı

-
00:00
00:00
Update Required Flash plugin
-
00:00
00:00

Adblock Aşkarlandı

Zəhmət olmasa vebsaytımız üçün brauzerinizdən AdBlocker uzantısını söndürməklə bizə dəstək olun.